Rusiya 130 raket, 900-ə yaxın aviasiya bombası atdı

20-03-2024, 12:30

Martın əvvəlindən Rusiya Ukraynaya qarşı müxtəlif tipli 130 raket, eləcə də 900-ə yaxın idarəolunan aviasiya bombası atıb.

As Media xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram hesabında paylaşıb.

Prezidentin sözlərinə görə, Rusiya hər gün və hər gecə ukraynalılara qarşı pilotsuz təyyarələrdən, raketlərdən istifadə edir. Yalnız bu ayın əvvəlindən Rusiya Ukraynaya 320 “Şahid” kamikadze dronu göndərib.

Zelenskinin fikrincə, Ukrayna sübut etdi ki, düşmən raketlərini və pilotsuz təyyarələrini effektiv şəkildə vura bilir, həmçinin Rusiya hərbi təyyarələrini məhv edə bilir. Bu, minlərlə insanın həyatını xilas edir və Ukrayna iqtisadiyyatının fəaliyyətini davam etdirməsinə imkan verir.

"Ancaq bizim daha çox müdafiəyə – tərəfdaşlarımızın çox real sayı olan hava hücumundan müdafiə sistemlərinə ehtiyacımız var”, - Zelenski əlavə edib.


İstifadəçi paneli