"KTMT-yə mane olmuruq, iştirak də etmirik" - Paşinyan

26-03-2024, 15:44

Bizim qiymətləndirməmizə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan qarşısında təhlükəsizlik öhdəliklərini yerinə yetirməyib.

As Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Yunanıstanın “Katimerini” nəşrinə müsahibəsində deyib.

“Biz KTMT-də iştirakımızı mahiyyətcə dondurmuşuq. 2023-cü ilin sentyabrından bu günə kimi bu qurumda daimi nümayəndəmiz yoxdur. KTMT-nin yüksək səviyyəli tədbirlərində iştirak etmirik. Biz KTMT-nin qərarlarına mane olmuruq, lakin onlarda iştirak da etmirik”, - Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, Ermənistan bütün tərəfdaşları ilə qarşılıqlı faydalı münasibətlərin qurulmasına və inkişafına açıqdır.


İstifadəçi paneli