Bir Millət, Bir Dövlət! Böyük Türkiyə!

28-12-2019, 13:22

Dövlətçilik İdeallarını, Milli-mənəvi dəyərləri, şəhidlərimizi – torpaq uğrunda canını fəda etməyə müntəzir olan bütün dəyərli soydaşlarımızı hörmətlə salamlayır, Tanrıdan cəsarət arzulayıram!
Yeni il. Adından da göründüyü kimi yeni il həm də yenilikçi, islahçı anlamını daşıyır. De-fakto, de-yure 28 ildir ki, ölkəmizdə müqəddəs məfkurə uğrunda heç bir irəliləyiş yoxdur. Torpaqlarımız hələ də işğaldadır, girov düşmüş Azərbaycanlı qız-gəlinlər, onlardan istehsal edilən hibridlər “lazımın”- “qüdrətin” ordusunun yolunu gözləyirlər. Lakin! bununla yanaşı məğlub-qürursuz ölkə olaraq milyarder iş adamı ortaya çıxa bilməsə də, korrupsiya, rüşvətxorluq, ədalətsizlik, haqsızlıq, boşanmalar öldürülənlər, tərki-vətən olanların statistikası üzrə Cənubi Qafqazın lider dövlətinə çevrilmişik.
Dövlətimizin, Vətənimizin, Millətimizin bütövləşməsi, var olması uğrunda çalışan, düşünən hər bir soydaşımızı, gənclərimizi, övladlarımızı yeni il – 2020 münasibətilə təbrik edir, uğurlar, müvəffəqiyyətlər arzu edirəm!
Tanrı Türkü qorusun!

NAZİM İDEAL
    İdeal jurnalist, Qarabağ Qazisi


İstifadəçi paneli