Kamil Musəvi deputatlığa namizəd oldu: Rəqibi Fəzail Ağamalıdır.

4-01-2020, 11:17

 Qarabağ qazisi Kamil Musavi növbədənkənar parlament seçkilərində iştirak edəcək. 
Bu barədə  Asmedia.az  Demokrat.az-a  istinadən bildirir ki, Kamil Musavi namizədliyini 60 saylı Salyan-Neftçala seçki dairəsindən irəli sürüb.
 Kamil Musavi 2015-ci ilin oktyabr ayında Naftalan, Talış kəndi istiqamətində gedən döyüşlərdə kəşfiyyat qrup komandiri vəzifəsində döyüş tapşırığı yerinə yetirərkən düşmənin naməlum minasının partlaması nəticəsində ayağını və gözünü itirib.
 Qeyd edək ki, həmin dairədən hazırki deputat Fəzail Ağamalıdır.


İstifadəçi paneli