Daha hansı metrostansiyaların adı dəyişdiriləcək?

5-01-2020, 14:35

““Bakı Metropoliteni” QSC-nin rəhbərliyi tərəfindən hər hansı stansiyanın adının dəyişdirilməsi üçün Nazirlər Kabineti yanında Adqoyma komissiyasına müraciət olunmayıb”.
 
Asmedia.az Demokrat.az-a istinadən bildirir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, “Bakı Metropoliteni” QSC sədrinin istismar üzrə vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Əlixan Osmanov bildirib.
 
Ə.Osmanov qeyd edib ki, hər hansı stansiyanın adının dəyişdirilməsilə bağlı müraciət haqda heç bir kütləvi informasiya vasitəsinə məlumat verilməyib:
 
“Metrostansiyalara adların verilməsi və yaxud adların dəyişdirilməsi metropoliten rəhbərliyinin səlahiyyətində deyil”.
 
Qeyd edək ki, bir müddət əvvəl “Bakı Metropoliteni” QSC-nin  “Ulduz" və “Xalqlar Dostluğu” stansiyalarının adlarının dəyişdirilməsilə bağlı Nazirlər Kabinetinə müraciət edildiyi barədə məlumatlar yayılmışdı.
 


İstifadəçi paneli