Bununla bağlı Asmedia.az turan.az-a istinadən bildirir ki, Sevinc Osmanqızı Əli Həsənova müraciət ederək dedi: Əli müəllim, bilirəm ki, səhifəmi izləyirsiz, bunu da görəcəksiz. Bunu bilin ki, mənim üstümə göndərdiyiniz sərəfsiz trollarınızın mənim Facebook səhifəmdə və YouTube kanalımda yazdığı söyüş və təhqirləri şəxsən sizin dilinizdən deyilən hesab edirəm.
Onları təşkil edən, maliyyələşdirən və yönləndirən şəxsən sizsiz. Buna daha bir sübut sizin tənqidiniz olan 28 mart tarixli videosüjetimə rekord sayda trol hücumudur.
Profili əlifbanın 1 hərfi olan trollarınızla ictimai fikri təsirləndirəcəyinizi düşünməyiniz gülüncdür. Bu, yalnız sizin ictimai dəstəksiz qaldığınızı və acizliyinizi nümayiş etdirir. Siz söyüş-təhqirdən şikayət edirsiz, özünüzsə söyüş kampaniyasını maliyyələşdirirsiz.
Yalandan deyə bilməzsiz ki, mən söyüş söyürəm. Dediyiniz "kişi" kimi mübarizəni özünüzdən başlayın. Muzdlu trollarınızı dərhal geri çağırmağı, məndən və mənim səhifə və kanalımdam əl çəkməyinizi tələb edirəm!"