Oxşar xəbərlər
Çində koronavirusun yeni ştammından (COVID-2019) ölənlərin sayı artaraq 1 523 nəfərə çatıb.
Bu barədə ÇXR-nın Gigiyena və Səhiyyə Məsələləri üzrə Regional Komitəsinin məlumatında bildirilir.
Bu virusa yoluxanların ümumi sayı isə artıq 66 492 nəfərdir.
Bildirilir ki, epidemiyanın mərkəzi olan Hubey əyalətində 54,4 min yoluxan var, 1457 nəfər ölüb, 4774 nəfər isə sağalıb.
Xatırladaq ki, Çin hökuməti 2019-cu ilin dekabr ayının sonunda Uxan şəhərində 2019-nCoV pnevmaniya virusunun səbəb olduğu epidemiyanın baş qaldırdığını bildirmişdi. asmedia.az