Oxşar xəbərlər
“Hazırda İranla Azərbaycan arasındakı sərhəd-keçid məntəqələrindən gələn 224 nəfər karantindədir”.Məlumata görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində qərargah üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib.
Onun sözlərinə görə, onlardan 12 nəfəri İran, biri İtaliya, yeddi nəfəri başqa ölkə və digərləri isə Azərbaycan vətəndaşlarıdır:
“Hazırda müayinə aparılır. Rəqəmlər daima dəyişir. Cavabları mənfi çıxanlar evə müşahidəyə buraxılır. Amma koronavirus olmasa belə, başqa respirator xəstəliyi olanlar müalicə olunmalıdır”.