Prezident 4 rayonda qazlaşdırılma işlərinə vəsait ayırdı

3-03-2020, 20:09

Prezident  İlham Əliyev Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 
Bu Sərəncamla Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 8,19 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.


Sıra №-siƏrazi vahidləri

Ağstafa rayonu
1.
Dağ Kəsəmən kəndində yeni massiv

Gədəbəy rayonu
1.
Arıqıran kəndi
2. Gərgər kəndi
3. Qasımlı kəndi

Şəmkir
1.Aşağı Çaykənd kəndi
2. Şəmkir şəhərində 2 yeni massiv

Tovuz rayonu
1.Cirdək kəndi
2. Çatax kəndi
asmedia.az


İstifadəçi paneli