Oxşar xəbərlər
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisələrində koronavirus təhlükəsi ilə əlaqədar məhkumlarla görüş və sovqat qəbulu dayandırılıb. Bunu Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib. O bildirib ki, ölkədə koronavirusa yoluxma təhlükəsinin qarşısının alınması məqsədilə Penitensiar Xidmətin müəssisələrində də sanitar-epidiolomoji, profilaktik tədbirlər həyata keçirilir. Digər qurumlar kimi Penitensiar Xidmət tərəfindən də koronavirus təhlükəsinin qarşısının alınması istiqamətində zəruri tədbirlər görülür. Bu məqsədlə Penitensiar Xidmət müəssiələrində saxlanılan şəxslərlə görüş və sovqat qəbulu məhdudlaşdırılıb.