Oxşar xəbərlər
Türkiyənin İstanbul şəhərində azyaşlı uşaq altı aylıq qardaşını eyvandan atıb.
Bununla bağlı Sondakika.com-un xəbərinə görə, dörd yaşlı oğlan qardaşını yaşadıqları binanın üçüncü mərtəbəsindən aşağı tullayıb.
Belə ki, Ayşə Y. oğlunun atdığı mətbəx əşyalarını gətirmək üçün yaşadıqları binanın həyətinə çıxan zaman ayağının altına stul qoyaraq altı aylıq körpə qardaşını qucağında eyvana çıxaran dörd yaşlı oğlunu görüb. Qadın qışqıraraq oğluna evə girməsini desə də, uşaq buna məhəl qoymayıb və qucağındakı körpə əlindən həyətə, anasının yanına düşüb.
Xəstəxanaya çatdırılan körpənin vəziyyətinin ağır olduğu bildirilir.