Ronaldonun maaşı azaldıldı - öz istəyi ilə

22-03-2020, 13:29

Ulduz futbolçu Kriştianu Ronaldo formasını geyindiyi “Yuventus” klubuna jest edib.
Portuqaliyalı hücumçu koronavirus pandemiyasına görə maaşının azaldılması ilə razılaşıb.
Ronaldo məvacibinin 30 faizindən imtina edib. Bu isə o deməkdir ki, Kriştianu Turin təmsilçisinə 10 milyon avroluq güzəşt edib.
Qeyd edək ki, K.Ronaldo 2018-ci ildən “Yuventus”un uğurları üçün çalışır.


İstifadəçi paneli