Səidə Sultandan sensasion açıqlama: “Nə oldu, bu virus Gəncəyə, Sumqayıta, Bakıya şənbə-bazar gəldi?”

10-06-2020, 14:57

“Polisin görüntülərini izlədim, buna qanun deyirsiz? Nə vaxta qədər? Niyə polisə qalan bir balaca olan hörməti də öldürürsüz? Nə etmək istəyirsiz? Polis kimdir ki, müstəqil ölkənin vətandaşlarına bu zorakılığı edir? Polisin nə ixtiyarı var, əlində dubinkayla insanları bloka qədər girib, dalınca qaçır? Bilirsiz niyə baş verir bunlar? Qanunu bilməzliyimizdən! Öz haqlarımızı bilməyimizdən! Biz nə qədər ki, qorxaq olacağıq bu şeyləri də yaşıyacağıq. Xalq bir yerdə əl-ələ verib bir olsa, nə polis, nə qeyri-biri bizə heç nə edə bilməz!”.
ASMEDİA.AZ-ın xəbərinə görə, bunu müğənni Səidə Sultan deyib.
“Viruss? Nə oldu, bu virus Gəncəyə, Sumqayıta, Bakıya şənbə-bazar gəldi ? İnsanların haqqını əzirsiz, göz görə-görə, eşşəy yerinə qoymusuz insanları. İnsalara guya öz aləminizdə yaxşılıq eləyirsiniz? Allah kəsin, etdiyiniz yaxşılığı! Utanıram artıq bu görüntüləri görməyə. Bəsdirin, imkan verin həyatımızı yaşayaq! Onsuz da bizlərin dövlətdən umduğumuz heç nə yoxdur! Dövlət də imkan versin, rahat həyatımızı yaşayaq!!! Qanunu öyrənin, əziz insanlar. Qurban olum sizə, insan haqlarını açın öyrənin!” – S.Sultan qeyd edib.
Natavan Həbibi də eyni mövqeyi sərgiləyib.
“İnstagram”da müğənniləri bu mövqeyə görə tənqid edənlər də olub.


İstifadəçi paneli