Azərbaycanda karantin rejimi uzadıldı

19-06-2020, 00:41

Ölkədəki epidemioloji vəziyyət təhlil olunub və xüsusi karantin rejiminin avqustun 1-dək uzadılmasına qərar verilib.
ASMEDİA.AZ xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Operativ Qərargahın bugünkü brifinqində deyib:
"21 iyundan 5 iyuladək ölkə ərazisində ciddi karantin rejiminin tətbiq olunması qərara alınıb. Bakı, Abşeron, Gəncə, Sumqayıt, Cəlilabad, Masallı, Yevlax şəhərlərində ciddi karantin rejimi tətbiq olunacaq"
O bildirib ki, SMS icazə sistemo yenidən bərpa olunacaq:
"Ticarət Mərkəzlərinin fəaliyyəti dayandırılacaq, ictimai iaşə müəssisələrində müştərilərə yenidən xidmətlər dayandırılacaq. Eyni zamanda bərbərxanalar, gözəllik salonları fəaliyyətini dayandıracaq. Açıq havada idman oyunları dayandırılır".
Leyla Abdullayeva əlavə edib ki, idman zallarının fəaliyyətinin bərpası, teatrların, dini ritual mərasimləri, qapalı məkanlarda yas xidmətlərinin təşkili ilə bağlı qadağalar qüvvədədir:
"Eyni zamanda 65 yaşdan yuxarı yaşlı şəxslərdən zəruri olmadığı halda evdən çıxmamağı tövsiyə edirik".
O qeyd edib ki, metropoliten bu müddət ərzində fəaliyyətini davam etdirəcək.


İstifadəçi paneli