Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

5-07-2020, 15:21

Məşhur rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov Yandeks (Yandex) internet bazasında “Qarabağ: Rusiyadan baxış” informasiya kanalı açıb.
Bu barədə ASMEDİA.AZ-a Kuznetsovun özü bildirib.
“İlk dəfə olaraq rusiyalı elm xadimi Qarabağla bağlı qərəzsiz faktlar və müzakirələrlə dolu olacaq bir resurs yaradır. Kanalın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına dəstək olacağına inanıram”, - deyə tarixçi qeyd edib.
Kuznetsovun sözlərinə görə, o bu ideya üzərində uzun müddət işləyib:
“Düzünü desəm, bunu ideya da adlandırmaq düz olmaz, çünki bu mənim içimdən gəlib. Uzun illərdir ki, müəyyən qara əllər sayəsində Qarabağ həqiqətləri dünyaya başqa bucaq altında çatdırılır. Hətta Rusiyada bu münaqişə barəsində hərə bir söz danışır.
Mən uzun illərdir Qafqazla bağlıyam və indi insanlar soruşurlar ki, reallıqda bu regionda nə baş verir. Bu kanal vasitəsi ilə insanlar faklarla möhkəmləndirilən, dəlillərlə dolu həqiqəti görə biləcəklər”.
Oleq Kuznetsovun Qarabağ kanalını dəstəkləmək üçün bu linkə daxil olub “Подписаться” (abunə olmaq) düyməsini basa bilərsiz.


İstifadəçi paneli