Oxşar xəbərlər
Koronavirusa yoluxma sayına görə siyahıya başçılıq edən ABŞ-da son 24 saat ərzində 70 min 674 insana COVID-19 diaqnozu qoyulub.
ASMEDİA.AZ xəbər verir ki, yoluxma ilə bağlı açıqlanan rəqəmlər Con Hopkins Universiteti tərəfindən verilib. Bununla da ABŞ-da ikinci gündür 70 mindən çox insanda yoluxma halı qeydə alınıb.
Ölkə üzrə yoluxma faktı 3 milyon 647 min 237 -yə qalxıb. Son 24 saatda 912 nəfər həyatını itirib. Ümumilikdə isə ölənlərin sayı 139 min 255 nəfər olub.
Qeyd edək ki, ABŞ-ın 50 ştatından 41-in də yoluxma halı artıb.