Sənət və təriqət bütövlüyünün poeziya zirvəsi - Azərbaycan şairi İmaməddin Nəsiminin 650-illik yubileyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin 11.15.2018-ci il tarixli sərəncamı yenə də digər qərar və sərəncamlar kimi spekulyasiya predmetinə çevrildi. Məfkurə məhdudiyyətinə qarşı fikir üsyançısı İmaməddin Nəsimi ətrafında Afət Fərmanqızı adlı şou-biznes nümayəndəsinin Hindski sintez “performansı” digər məsələlər kimi bu məsələni də urvatdan salmış oldu. Dərisi belə soyularkən ölümünün gözünə dik baxan və eyni zamanda cahana sığmadığını qürurla ifadə edən hər birimizin gördüyü mənzərə hara, Afətin təqdim etdiyi çal-çağır hara....?
Məhz hər bir ciddi, dəyərli məfkurələr bu ölkədə bayağılaşdırıldığından ölkədə boşanmaların və evdən qaçıb şou-biznes camiəsinə qatılanların sayı 162 dövlət arasında birinci yerdədir.
XAQANİ