Şəmkirdə gecə saatlarında yaşadığı evə od vuraraq həyat yoldaşının, oğlunun, gəlininin və nəvəsinin yanıq xəsarətləri almasına səbəb olan Vəli Vəliyev polis tərəfindən saxlanılıb.
“ASMEDİA.AZ”ın xəbərinə görə, o hadisəni törətdikdən sonra qaçıb gizlənsə də aparılan əməliyyat tədbirləri nəticəsində tutulub.
Məlum olub ki, hadisəyə səbəb ailə münaqişəsi olub. V. Vəliyevin içkiyə meyilli şəxs olduğu və bu səbəbdən də tez tez ailədə söz-söhbət yarandığı bildirilir.
Xatırladaq ki, hadisə ötən axşam rayonun Aşağı Seyfəli kəndində baş verib. Kənd sakini 1961-ci il təvəllüdlü Vəliyev Vəli yaşadığı evi yandırıb. Hadisə zamanı onun həyat yoldaşı, 1966-ci il təvəllüdlü Nüşabə Yaqubova, oğlu, 1988-ci il təvəllüdlü Əkbər Vəliyev, gəlini, 1988-ci il təvəllüdlü Nərgiz Vəliyeva və nəvəsi 4 yaşlı Banu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. V.Əkbər, V. Nərgiz və azyaşlı Banunun vəziyyəti ağır olduğu üçün Bakıda xəstəxanaya göndəriliblər.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.