"Ermənilərin mənzilləri satışa çıxarılması həm saxtakarlıqdır, həm də özlərini aldadırlar" - AÇIQLAMA

2-05-2023, 14:44

Son vaxtlar erməni saytlarında Xankəndidə evlərin satılması ilə bağlı elanlar yerləşdirilir. Həmin elan saytlarında ermənilər bəzi evləri əşyaları ilə satışa qoyublar. Bir neçə erməni mənzil alqı-satqı saytlarında belə elanlara rast gəlmək olar.

Mövzu ilə bağlı İDEAL-a əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə açıqlama verib.

"44 günlük Vətən müharibəsi dövründə ermənilərin bizim torpaqlardakı evləri satışa qoymağının şahidi olduq. Bunların heç bir hüquqi əsası yoxdur. Onların alqı-satqılarının hüquqi qüvvəsi yoxdur. Hətta onların alıcıları da yoxdur. Çünki, onlar bir-birilərini aldatmaqla məşğuldurlar. Hər hansı əməliyyatın aparılması yalnız Azərbaycan qanunvericiliyi çərçivəsinə həyata keçirilə bilər.Satışa çıxarılan evlərin əksəriyyəti isə Xankəndinin mərkəzi hissəsindədir".

O bildirib ki, orda olan mənzillər yalnız çıxarışla təmin olunduqdan sonra satıla bilər.

"Ermənilərin mənzillərin satışa çıxarılması həm saxtakarlıqdır, həm də özlərini aldadırlar. Təbii ki, orda hər hansı daşınmaz əmlaka malik olan sakinlər başa düşürlər ki, həmin torpaqların sahibləri gec-tez bu torpaqların sahibləri geri gələcəklər. Bu çox qısa müddətdə olacaq. Ona görə də orda olan sakinlər evlərini ucuz qiymətə satırlar. Onlar evləri satıb əldə etdikləri pul vasitəsi ilə qaçmaq istəyirlər. Onların arasında Azərbaycan hökümətinin vətəndaşlığını qəbul edən şəxslər orda yaşaya bilərlər. Orda yaşamaq istəməyənlər heç bir daşınmaz əmlaka sahib olmayacaqlar. Bu məsələ tam başa çatdıqdan sonra dövlət xidməti tərəfindən müvafiq işlər aparılaraq müəyyənləşəcək. Sahiblər isə yeni elektron çıxarışla təmin olunacaqlar. Həmin elektron çıxarışla təmin olunduqdan sonra yalnız işğaldan azad olunan ərazilərdə alqı-satqı işləri aparıla bilər".


İstifadəçi paneli