Ermənistanın Baş Naziri Nikol Paşinyanın sülh mesajı

1-01-2025, 14:58


"Real Ermənistan" konsepsiyası, sülh gündəliyinin ideoloji və konseptual təməlini təşkil edir və bu ideologiya olmadan sülh gündəliyinin həyata keçirilməsi mümkün deyil.


Asmedia.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Yeni il müraciətində bu fikirləri səsləndirib.


Paşinyan bu ideologiyanı ölkənin siyasi istiqamətinin əsas prioriteti kimi təqdim edib.


Baş nazir bu konsepsiyanı ölkə və dünya üçün "dönüş nöqtəsi" adlandıraraq, ideologiya çərçivəsində Ermənistanın addımlarına və bəyanatlarına xüsusi diqqət yetirilməsinin zəruriliyini vurğulayıb.



İstifadəçi paneli