Oxşar xəbərlər
Rusiyada əcnəbilərin vizasız müvəqqəti qalma müddəti yarıya endirilib.
2025-ci il yanvarın 1-dən etibarən vizasız rejimlə Rusiya Federasiyasına gələn xarici vətəndaşlar il ərzində maksimum 90 gün müddətində ölkə ərazisində qala biləcəklər.
Əvvəlki qaydalara əsasən, uzunmüddətli vizası olmayan əcnəbilərə 6 ay ərzində 90 gün qalmaq hüququ verilirdi.
Rusiya Daxili İşlər Nazirliyi bildirir ki, yeni qaydalar ölkəyə təhsil məqsədilə gələnlərə, işləmək üçün patent almış şəxslərə, işəgötürənlə əmək müqaviləsi olanlara və ya digər hüquqi statusa malik əcnəbilərə şamil edilməyəcək.