Oxşar xəbərlər
ABŞ Ədliyyə Departamenti, Vaşinqton rəsmilərinin İrana nüvə materiallarının qaçaqmalçılığında ittiham etdiyi Yaponiyanın məşhur cinayətkar qruplaşması "Yakudza"nın lideri Takeşi Ebisavanın günahını etiraf etdiyini açıqlayıb. Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Departamentin verdiyi məlumata əsasən, 60 yaşlı Takeşi Ebisava Nyu-Yorkun Manhetten məhkəməsində Myanmadan müxtəlif ölkələrə, o cümlədən İrana nüvə materiallarının qaçaqmalçılığı ittihamı ilə təqsirli bilinib.
Nyu-Yorkun Cənub Bölgəsi üzrə prokuroru Edvard Kim bildirib ki, Ebisavanın qaçaqmalçılıq yolu ilə ötürdüyü nüvə materialları arasında plutonium da yer alıb.