Futzal üzrə Azərbaycan Kuboku: 1/4 Finalçılar Məlum Oldu

12-01-2025, 23:50

Futzal üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin bütün iştirakçıları məlum olub.


1/8 final mərhələsində son olaraq dörd qarşılaşma keçirilib. Nəticədə “Araz-Naxçıvan”, U-19, “STAR Kargo” və “Xan-Lənkəran” komandaları növbəti mərhələyə yüksəliblər.


Qeyd edək ki, bir gün əvvəl “Baku Fire”, PFL, “Şuşa” və “Neftçi” İK komandaları da 1/4 finala vəsiqə qazanmışdı.


Yanvarın 18-də baş tutacaq 1/4 final mərhələsinin cütlükləri aşağıdakı kimidir:


“Baku Fire” – “Araz-Naxçıvan”


PFL – “Xan-Lənkəran”


U-19 – “Şuşa”


“Neftçi” İK – “STAR Kargo”




İstifadəçi paneli