Ermənistanın Hərbi Hazırlıqları Sürətlənir

8-02-2025, 23:42

Ermənistan Azərbaycanla müharibəyə fəal şəkildə hazırlaşır.


Bu barədə "Caliber" platformasının "YouTube" kanalında yayımlanan yeni süjetdə məlumat verilib.


Bildirilir ki, bu hazırlıq planlı və məqsədyönlü şəkildə davam etdirilir.


Məlumata görə, Fransa tərəfindən Ermənistana veriləcək 26 ədəd "Bastion" zirehli transportyorundan 10-nun istehsalı artıq başa çatıb və onların yaxın günlərdə tədarükü planlaşdırılır. Bununla yanaşı, Paris artıq İrəvana 12 ədəd "Sezar" artilleriya qurğusu ötürüb. Cari ilin sonunadək isə Ermənistana daha 24 belə silahın verilməsi nəzərdə tutulur.



İstifadəçi paneli