Oxşar xəbərlər
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin paytaxtı Ankaraya səfər edib.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilir ki, Zelenski və onu müşayiət edən nümayəndə heyətini daşıyan təyyarə Bakı vaxtı ilə saat 22:08-də Ankara Əsənboğa Hava Limanına eniş edib.
Səfər çərçivəsində Ukrayna liderinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Prezident Sarayında görüşü planlaşdırılır.