İftixarın arvadı və oğlu barədə video "İdeal media.az"da yayımlanmayıb!
Nazim Quliyevə qarşı törədilmiş cinayət işi üzrə "zərərçəkmiş" qismində tanınmış, 01.01.1963-cü il tarixində Sabirabad rayonunda anadan olmuş Həsənov İftixar Gülməmməd oğlu növbəti dəfə özünü ifşa etdi. Hər dəfə məhkəmə zalında özünəməxsus şəkildə biabır olan İftixar bu dəfə Bakı şəhəri, Yasamal rayonu, 26-cı Polis Bölməsinin qərarını təqdim etdi.
Qərarda bildirilir ki, 2024-cü ilin mart ayında Həsənov Kənan İftixar oğlu DİN-in 102 çağrı xidmətinə şikayət edərək TikTok sosial media platformasında təhqir olunduqlarını bildirib. Araşdırma nəticəsində məlum olub ki, video Unikal.az saytında paylaşılmış və materialda cinayət tərkibi olmadığı üçün işə aprel ayında xitam verilib.
İttiham aktında qeyd edilir:
"Həyat yoldaşı Həsənova Məleykə Fazil qızı və 1993-cü il təvəllüdlü övladı Kamran Həsənovla birlikdə yaşayır. Hazırda övladı və özü heç bir yerdə işləmir. Həyat yoldaşı Məleykə Həsənova Yasamal rayon 16 saylı şəhər poliklinikasında tibb bacısı işləyir. 2024-cü ilin mart ayında ona, hazırda dəqiq xatırlamadığı qohumları zəng edərək arvadı Məleykə Həsənova ilə bağlı 'İdeal media.az' saytının YouTube, TikTok və digər kanallarında məlumat paylaşıldığını bildiriblər. O, dərhal həmin saytlara daxil olaraq video və xəbərlərin məzmunu ilə tanış olub. Bütün saytlarda 'İdeal media.az' tərəfindən eyni video paylaşılmışdır."