Oxşar xəbərlər
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Ağ Evdə baş verən insidentdən sonra ilk açıqlamasını yayımlayıb.
Bu barədə dövlət başçısı sosial şəbəkə hesabında paylaşım edib.
"Təşəkkürlər, Amerika, dəstəyinizə görə minnətdaram, bu səfərə görə təşəkkür edirəm. Prezidentə, Konqresə və Amerika xalqına borcluyam. Ukrayna üçün ədalətli və davamlı sülh vacibdir və biz bunun naminə çalışırıq", – deyə Zelenski bildirib.
Qeyd edək ki, Zelenski və Tramp arasında Ağ Evdə keçirilən görüş zamanı gərgin anlar yaşanıb və görüş vaxtından əvvəl yekunlaşıb.