Zelenski və Starmer Ukraynadakı müharibəni müzakirə ediblər

2-03-2025, 01:51

Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniyanın Baş naziri Keyr Starmerlə görüşdən sonra Teleqram kanalında görüşün əsas mövzularına toxunub.


Onun sözlərinə görə, görüşdə Ukraynanın və bütövlükdə Avropanın qarşılaşdığı çağırışlar, tərəfdaşlarla əlaqələndirmə məsələləri, Ukraynanın mövqeyini möhkəmləndirmək və müharibəni ədalətli sülhlə başa çatdırmaq üçün atılacaq konkret addımlar, eləcə də etibarlı təhlükəsizlik təminatları müzakirə olunub.


“Bu müharibənin əvvəlindən etibarən göstərilən dəstəyə görə Birləşmiş Krallığın xalqına və hökumətinə minnətdarlığımı bildirirəm. Belə bir strateji tərəfdaşımızın olması sevindiricidir və gələcəyə dair eyni baxış bucağına sahib olmağımız bizi daha da gücləndirir,” – deyə Zelenski vurğulayıb.



İstifadəçi paneli