Rüşvətə, nepotizmə hamilə qalmış milli qanunlar

2-03-2025, 22:51

Rüşvətə, nepotizmə hamilə qalmış milli qanunlar


Əsas qanun hesab edilən Konstitusiyanın 129-cu maddəsinə əsasən:

1. Məhkəmənin qəbul etdiyi qərarlar dövlət adından çıxarılır və onların icrası məcburidir.

2. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.


Lakin qanunun tələblərindən asılı olmayaraq, Bakı şəhəri Nəsimi rayonu İcra Şöbəsi 06.03.2014-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin (hakim: Namiq Cəfərov) qətnaməsini 12 ildir ki, sabotaj etməkdə davam edir. Nəsimi İcra Şöbəsinin despot sifətlərindən biri də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim: Əfsanə Heydərova, e-2(006)-201/2024 nömrəli) 24 yanvar 2024-cü il tarixli qətnaməsinin rüşvət və hamilə qalması ənənəsidir.


Nəsimi Rayon İcra Şöbəsinin nepotizm qaydaları üzrə deformasiyaya uğratdığı  "Qətnamə"lərdən biri də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim: Anar İbadzadə, e-2(006)-3744/2022 nömrəli) 21 noyabr 2022-ci il tarixli qərarıdır.


Sabotajlarla bağlı müvafiq yuxarı qurumlara edilən şikayətlər isə bumeranq effekti yaradır. Maraqlıdır, milli qanunları bu qədər hörmətdən və nüfuzdan salanlara qarşı vətəndaş nə etməlidir? Doğrudanmı ölkəmizdə hər bir despot qurumun şəxsi qanun qaydası var?


İstifadəçi paneli