Xamenei: ABŞ İranla danışıqlar barədə ictimai rəyi çaşdırır

12-03-2025, 23:35

İranın ali rəhbəri Əli Xamenei ABŞ Prezidenti Donald Trampın ona danışıqlarla bağlı məktub göndərməsinə münasibət bildirib.


Bu barədə "Azad İran"ın "Telegram" kanalında məlumat verilib.


"ABŞ prezidentinin İranla müzakirələrə hazır olduğunu bəyan etməsi və buna çağırış etməsi qlobal ictimai rəyi çaşdırmağa yönəlmiş addımdır. Bununla onlar göstərmək istəyirlər ki, dialoqa açıqdırlar və sülhə nail olmaq istəyirlər, lakin İran buna razılıq vermir", – deyə o vurğulayıb.


Ali rəhbər əlavə edib: "İran niyə razılaşmır? Özünüzü dərk edin! Uzun illər masa arxasında müzakirələr apardıq, lakin həmin şəxs əldə olunmuş razılaşmanı cırıb bir kənara atdı. Sizin öhdəliklərə əməl etmədiyinizi bilə-bilə nəyi müzakirə etməliyik?"



İstifadəçi paneli