Oxşar xəbərlər
ABŞ dövlət katibi Marko Rubio bir sıra xarici ölkələr üçün nəzərdə tutulmuş 215 milyon dollarlıq qrantı dayandırıb.
Asmedia.az xəbər verir ki, bu barədə ABŞ-nin Hökumət Effektivliyi Departamenti (DOGE) rəsmi məlumat yayıb.
Məlumatda bildirilir: “Bu gün ümumi məbləği 215 milyon dollar təşkil edən, səmərəsiz hesab edilən 139 qrant ləğv edilib.”
Qeyd olunur ki, ləğv edilən layihələr Ermənistan, Belarus, Bolqarıstan, Braziliya, Böyük Britaniya, Livan, Mavritaniya, Moldova, Tunis və Özbəkistan kimi ölkələri əhatə edir.
Məlumata görə, Ermənistan üçün nəzərdə tutulan “Demokratik Dəyərlərin Təbliği” layihəsinə 2 milyon dollar ayrılması planlaşdırılırdı.