Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Tramp və Qətər Əmiri Şeyx Təmim bin Həməd əs-Sani ikitərəfli əməkdaşlığa dair birgə bəyannamə imzalayıblar.
Asmedia.az xəbər verir ki, tərəflər arasında müdafiə və aviasiya sahələrində də bir sıra sazişlər imzalanıb.
Sazişə əsasən, Qətər “Qatar Airways” aviaşirkəti üçün “Boeing” şirkətindən 160 təyyarə alacaq. Bu məqsədlə ABŞ şirkətinə ümumilikdə 200 milyard dollar ödəniləcək.
Qeyd edək ki, Prezident Tramp hazırda Dohada rəsmi səfərdədir.