Millət vəkili: AZAL təyyarəsinin vurulmasına görə Rusiya üzr istəməli idi

Dünən, 13:38

Millət vəkili: “Heç bir ölkədə təyyarə özbaşına vurula bilməz”

Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulması məsələsinə millət vəkili Musa Qasımlı münasibət bildirib.

Baku TV-nin “Baku Analitik” verilişində çıxış edən deputat hadisənin ciddi məsuliyyət doğurduğunu vurğulayıb:

“Heç bir ölkədə təyyarə özbaşına vurula bilməz. Bu, Müdafiə Nazirliyinin icazəsi ilə həyata keçirilir”, – deyə Musa Qasımlı bildirib.

Deputat qeyd edib ki, hadisə baş verdiyi anda Rusiya tərəfi dərhal üzr istəməli idi:

“Təyyarəni vurub Xəzərə göndərirsən ki, iz itsin. Bu, ləyaqətli hərəkət deyil. Qəza da ola bilər, təyyarə səhvən vurula da bilər. Amma məsuliyyəti üzərindən atmaq düzgün deyil”, – deyə o əlavə edib. 





İstifadəçi paneli