Oxşar xəbərlər
Rusiya və Ukrayna prezidentləri – Vladimir Putin və Volodimir Zelenski arasında mümkün görüş üçün ilkin razılaşma şərtlərinin hazırlanması zəruridir.
“Asmedia.az” TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski İstanbulda, Çırağan sarayında baş tutan Rusiya-Ukrayna danışıqlarından sonra bəyan edib.
Medinski bildirib ki, “belə bir görüşün baş tutması üçün əvvəlcə razılaşmanın şərtlərini hazırlamaq və bu görüşdə nəyin müzakirə olunacağını anlamaq lazımdır. Amma əslində bu görüşdə razılaşmanı müzakirə etmək yox, onu imzalamaq lazımdır”.
Onun sözlərinə görə, “bütün bunları sıfırdan yenidən müzakirə etmək üçün görüşməyin mənası yoxdur”.