ŞOK HÜCUM: Üzərinə "Süleymani" yazılmış raketləri baxın hara atdılar...
28-01-2020, 20:20
İranın dəstəklədiyi silahlı qruplaşmalar Suriyanın Hələb şəhərini üzərində “Süleymani” yazılmış raketlərlə atəşə tutub. Asmedia.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə silahlılar sosial şəbəkədə fotolar paylaşıb. Məlumata görə, silahlıların atdığı raketlər dinc sakinlərin məskunlaşdığı məntəqələrə düşüb. Çox sayda insanın həlak olduğu bildirilir. Qeyd edək ki, iranlı general Qasım Süleymani ABŞ ordusunun Bağdadda təşkil etdiyi əməliyyat nəticəsində öldürülüb.