Pakistanda partlayış: Çox sayda ölən və yaralanan var

17-02-2020, 20:49

Pakistanın Bəlucistan əyalətinin Ketta şəhərində tədbir zamanı partlayış baş verib. Bu barədə Asmedia.az “HaberGlobal” xəbər yayıb.
Bildirilir ki, hadisə nəticəsində azı 8 nəfər həlak olub, 12 nəfər yaralanıb. Binalara və yaxınlıqdakı avtomobillərə də zərər dəyib.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Partlayışa görə hələ ki heç bir təşkilat məsuliyyəti öz üzərinə götürməyib.



İstifadəçi paneli