35 hərbçi koronavirusa yoluxdu

21-03-2020, 14:53

ABŞ-ın Avropadakı hərbçilərinin 35-də koronavirusa yoluxma halı qeydə alınıb.
Asmedia.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Avropa komandanlığının (EUCOM-u) rəhbəri general Tod Uolters bildirib.
"Bizim təxminən 72 min hərbçimiz (Avropada) mövcuddur. Hazırda təxminən koronavirusla (xəstəliklə) bağlı 35 məlumat var", - general brifinqdə deyib. 
O, hərbçilərin hansı ölkələrdə xəstələndiklərini dəqiqləşdirməyib.
Daha əvvəl NATO koronavirus pandemiyasına görə Avropada son 25 ildəki ən böyük təliminin üzvlərini ixtisara salıb. 


İstifadəçi paneli