Bakıda Rusiya-NATO danışıqlarının keçiriləcəyi tarix məlum olub

2-02-2020, 15:43

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO Müttəfiq
Qüvvələrinin Avropadakı Ali komandanı Tod Uolters arasında Bakıda görüşün fevralın
6-7-də keçirilməsi gözlənilir. Bu barədə “RİA Novosti”-yə diplomatik mənbələrdən
məlumat verilib.Görüşün gündəliyi açıqlanmayıb.
Xatırladaq ki, Bakıda bundan öncə Rusiya-NATO formatında görüş keçən il noyabrın
26-da keçirilib. Həmin görüşdə Valeri Gerasimov və NATO Hərbi Komitəsinin rəhbəri
marşal  Stüart  Piç  Rusiya-NATO  təmas  xəttində  insidentlərin qarşısının alınması
tədbirlərini müzakirə ediblər.
asmedia.az-apa.az


İstifadəçi paneli