Noyabrın 26-da Azərbaycan Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyası Silahlı Qüvvələrin Baş Qərargah rəisi - Müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Asmedia.az Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, qonaqları salamlayan Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi iki ölkə arasında əlaqələrin genişlənməsində dövlət başçılarının böyük rol oynadıqlarını, əməkdaşlığın dostluq və qarşılıqlı inama əsaslandığını, bu əlaqələrin daim inkişaf etdiyini və son illərdə strateji tərəfdaşlıq səviyyəsinədək yüksəldiyini qeyd edib.
Azərbaycan və Rusiya müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq planının imzalandığını vurğulayan general-polkovnik N. Sadıkov hərbi sahənin müxtəlif istiqamətlərini əhatə edən tədbirlərin sayının artdığını qeyd edib.