Türkiyədə koronavirus qurbanlarının sayı 30-a çatdı

23-03-2020, 00:56

Türkiyədə koronavirus qurbanlarının və virusa yoluxanların sayı artıb.
Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca özünün “Twitter”dəki səhifəsində bildirib.
Nazir deyib ki, ölkədə koronavirusa yoluxanların sayı 947 nəfərdən 1 256 nəfərə, ölənlərin sayı 21-dən 30 nəfərə yüksəlib.
"Bu gün 20 345 test keçirilib, onlardan 1 256-ı müsbətdir, biz ümumilikdə 30 qoca pasiyentimizi itirdik.", - nazir “Twitter”də yazıb.
Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib. Artıq dünyanın  184 ölkəsində virusa 267 mindən çox yoluxma qeydə alınıb, 11 mindən çox insan pandemiyanın qurbanı olub. 


İstifadəçi paneli