Oxşar xəbərlər
Şimali Kipr Türk Respublikasında koronavirusdan ikinci ölüm hadisəsi baş verib.
Asmedia.az xəbər verir ki, məlumatı “CNNTurk” yayıb.
Bildirilib ki, respublikanın paytaxtı Lefkoşada dövlət xəstəxanasında koronavirusdan müalicə olunan 83 yaşlı almaniyalı qadın-turist Lizelotta Xoş ölüb. Onun diabet və hipertoniya (aşağı qan təzyiqi) xəstəsi olduğu barədə məlumat yayılıb.
Qeyd edək ki, martın 28-də Lefkoşada dövlət xəstəxanasında koronavirusdan müalicə olunan 67 yaşlı almaniyalı turist Bruno Qaffiend Cabuş ölüb. Onun ağciyər və hipertoniya xəstəsi olduğu da qeyd edilib.