Moskvada koronavirusa yoluxanların sayı 300 mini ötüb

4-10-2020, 09:00

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 29 nəfər dünyasını dəyişib.

asmedia.az  “idealmedia.az”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 5343-ə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 300 613 insanda koronavirus aşkar olunub, son sutkada isə bu rəqəm 2884 nəfər təşkil edib. Ümumilikdə 252 087 xəstə sağalıb.


İstifadəçi paneli