Dünyaca məşhur modelyer vəfat etdi

8-11-2019, 06:30

“Louis Vuitton” dəb evinin təsisçisinin nəticəsi, dünyaca məşhur modelyer Patrik-Lui Vitton 68 yaşında Fransada vəfat edib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “RT” dəb evinin mətbuat xidmətinə istinadən xəbər verib.
Mərhumun ən sevimli ifadəsi “Sənətkarlığın sirləri yalnız ötürüldükdə yaşaya bilər” idi.
Patrik-Lui Vitton ailə işini davam etdirmişdi. Əvvəlcə o, 1973-cü ildə atelyenin tamhüquqlu üzvü olmuş, daha sonra isə dəb evində sandıq dizayneri kimi işə başlamış və şöhrət qazanmışdı.


İstifadəçi paneli