Oxşar xəbərlər
Taliban başa düşür ki, müvəqqəti hökumətin andiçmə mərasimini keçirməyin vaxtı deyil, çünki ölkə daxilində yığılmış çoxlu problemlər var.
ASmedia.az xəbər verir ki, bunu Rusiyanın Kabildəki səfiri Dmitri Jirnov deyib.
Diplomat həmçinin qeyd edib ki, Taliban 11 sentyabrda andiçmə mərasimini keçirməyi planlaşdırmayıb:
"Bir həftə öncə inauqurasiyanın olmayacağını bilirdik. Bu xəbərlər mediada yayılanda Talibanla əlaqə saxladıq və soruşduq: "Axı nə olacaq?" "Xeyr" dedilər. Anladığım qədər bu siqnalları bizə Taliban verdi, çünki əvvəlcə inauqurasiya üçün planları var idi. Amma ümumi mənada onların kədərlənməyə vaxtı yoxdur".