Mehdi Arsalan: Tacikistanda hakimiyyəti ələ keçirəcəyik

7-10-2021, 09:56

Tacikistanda fəaliyyət göstərən "Camaat Ənsarullah" qrupunun rəhbəri Mehdi Arsalan ölkədə hakimiyyəti ələ keçirməyə hazır olduğunu bəyan edib.

Tacik "taliblər"inin rəhbəri Mehdi Arsalan Əfqanıstanın Tacikistanla sərhəddə yerləşən bir neçə rayonuna nəzarət edir.

Tacikistanla Əfqanıstan arasındakı münasibətlər sentyabrın sonunda pisləşib. Gərginlik Tacikistan Prezidenti İmaməli Rəhmanın BMT Baş Assambleyasının növbədənkənar sessiyasında etdiyi çıxışla daha da artıb.


İstifadəçi paneli