Kəşmirdə atışma

12-10-2021, 09:10

Kəşmirin Hindistan nəzarətində olan hissəsində baş verən silahlı atışma nəticəsində 5 hindli hərbçi öldürülüb.

ASmedia.az xəbər verir ki, bu barədə Hindistan ordusunun sözçüsü polkovnik Devender Anand deyib.

O bildirib ki, əraziyə gizli şəkildə keçən silahlı şəxslər zabit və dörd əsgəri qətlə yetiriblər.

D.Anand atışmanın Pakistan və Hindistan arasındakı nəzarət məntəqəsi yaxınlığında - dağ keçidində baş verdiyini bildirib.


İstifadəçi paneli