ABŞ Livana 6 helikopter verdi

17-11-2021, 12:28

Livan ordusu ABŞ-ın bağışladığı 6 hərbi helikopteri mərasimlə təhvil alıb.

ASmedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Beyrutdakı səfirliyi məlumat yayıb.

Məlumata görə, təhvil-təslim prosesi ölkənin şimalında yerləşən Hamat Hərbi Bazasında baş tutub.

Tədarük edilən 6 ədəd MD-530F kəşfiyyat və yüngül hücum helikopterinin 40 milyon dollar dəyərində olduğu qeyd edilib.

Qeyd edək ki, sentyabrın 9-da Bayden administrasiyası Livan ordusunun təkmilləşdirilməsi üçün 47 milyon dollarlıq hərbi yardım paketini təsdiqləyib.


İstifadəçi paneli