İrana qarşı şok həmlə

6-12-2021, 18:30

İki gün əvvəl İranın atom elektrik stansiyasının yerləşdiyi Nətənz şəhərindəki partlayışlarla bağlı iddialar irəli sürülüb.

Xarici KİV-lərə istinadən xəbər verir ki, həmin vaxtda 5 PUA İranın hava məkanını pozub. İddialara görə, İranın Bavar-373 və Rusiyadan alınan S-300 raket kompleksləri pilotsuz uçuş aparatlarının sərhəddən keçməsinə reaksiya göstərməyib. Aparatlar 40 dəqiqə ərzində Nətənz obyektinin ətrafında uçuşlar həyata keçiriblər. “Fars” xəbər agentliyinin məlumatına görə, PUA-lara atəş açılandan sonra biri zərərsizləşdirilib.

İddialara görə, PUA-lar ABŞ-a məxsusdur.


İstifadəçi paneli