Oxşar xəbərlər
ABŞ prezidenti Co Baydenin Cənubi Karolina ştatında tələbələr qarşısındakı çıxışı gülüşlə qarşılanıb.
ASmedia.az xəbər verir ki, belə ki, dövlət başçısı Universitetdə keçirilən məzun mərasimində vitse-prezident Kamala Harrislə öz vəzifəsini səhv salıb. Bayden Harrisi "prezident" adlandırıb.
“Mən Delaverdənəm. Prezident Harrisə gəlincə..”, - deyə Ağ Evin rəhbəri çıxışını davam etdirib.
Qeyd edək ki, ABŞ lideri əvvəllər də ictimai bəyanatları zamanı Harrisə prezident deyə müraciət edib.