Müharibə zamanı ABŞ Kiyevə belə yardım edəcək

26-12-2021, 09:47

BŞ Müdafiə Nazirliyi (Pentaqon) Rusiyanın mümkün müdaxiləsi ilə bağlı Ukraynanı kəşfiyyat məlumatı ilə təmin etmək üçün plan hazırlayır.

ASmedia.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

ABŞ müdafiə katibinin köməkçisinin müavini Evelin Farkas ölkəsinin Ukraynaya hansı şəkildə yardım edə biləcəyindən danışarkən deyib:
"Bizim edə biləcəyimiz ilk şey real vaxt rejimində əməliyyat məlumatı toplamaqdır. Belə ki, ABŞ rusların sərhədi keçdiyi an onları (Ukrayna ordusu - red.) məlumatlandıracaq və bundan yararlanacaqlar".


İstifadəçi paneli